Blatterə növbəti istefa təklifi

5 Oktyabr 2015 00:00 (UTC+04:00)

Böyük Britaniya hökuməti FİFA prezidenti Yozef Blatteri istefaya çağırıb. Movqe.az Goal.az-a istinadən məlumat verir ki, Britaniyanın idman naziri Treysi Krauç bu barədə deyib:

"Blatter nə qədər tez getsə, FİFA genişmiqyaslı islahatları o qədər tez başlaya bilər".

Qeyd edək ki, dünən FİFA-nın əməkdaşlıq etdiyi "Coca Cola" və "McDonald`s" şirkətləri də Blatterin istefa verməsini istəmişdi.