Elmar Məmmədyarov Panamaya yola düşüb

5 Oktyabr 2015 10:30 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Panama Respublikasına rəsmi səfərə yola düşüb.


Movqe.az-ın Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Panama Respublikasının rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.