Mourinyonun gələcəyi müzakirə olunub

5 Oktyabr 2015 12:25 (UTC+04:00)

"Chelsea" rəhbərliyi "Southampton"a məğlubiyyətdən (1:3) sonra Joze Mourinyonun gələcək taleyini müzakirə edib.Goal.azxəbər verir ki, şənbə günü klubun sahibi Roman Abramoviç idarə heyətinin üzvləri ilə görüşüb. Toplantıda Mourinyonun "Chelsea"nin turnir vəziyyətini düzəldə bilib-bilməməsi söhbət mövzusu olub.

Qeyd edək ki, London klubu 8 turdan sonra 16-cı pilləni tutur.