Aqil Məmmədov: "Bu gün mənim futbolçularım mübarizədən qaçırdılar"

5 Oktyabr 2015 13:30 (UTC+04:00)

Ümumiyyətlə, futbolçunun həmişə keyfiyyətini əsas götürmüşəm. Oyunçuda mütləq xarakter olmalıdır".


Movqe.az Goal.az-an istinadən  məlumat verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov "Kəpəz"ə uduzduqları oyundan (1:2) sonra deyib. Futbolçularının çıxışından razı qalmadığını deyən gənc mütəxəssis yerli futbolçularla bundan artığını edə bilməyəcəklərini qeyd edib:

"Bu gün mənim futbolçularım mübarizədən qaçırdılar. Bunun konkret səbəbini bilmirəm. Bəlkə azarkeşlərin çoxluğundan, bəlkə də havadandır. Futbolçularımın bacarığı bu qədər deyil. Sadəcə, bu gün alınmadı. Azərbaycanlı futbolçuların çox olmasının tərəfdarıyam. Amma bir məqama diqqət yetirək: bu gün qapımızdan keçən 3 qolun ikisinin müəllifi legioner oldu. AZAL ilə oyunda da legioner bizi cəzalandırmışdı. Məncə, bizim heyətimizdə legioner olmasa, hər il çempionatda qalmaq üçün oynayacağıq".