“Baku Bus MMC” sərnişinlərə müraciət etdi

5 Oktyabr 2015 14:42 (UTC+04:00)

"Sürücüləri yeni sistemə uyğunlaşdırmağa çalışırıq". Movqe.az-ın məlumatına görə, bunu Trend-ə açıqlamasında "Baku Bus MMC"-nin direktor müavini Vüsal Kərimli deyib.


V.Kərimli bildirib ki, sürücülərin yeni sistemə uyğunlaşması üçün zaman lazım olacaq: "Neqativ hal yaranan zaman vətəndaşların "Baku Bus MMC"-nin qaynar xəttinə zəng etmələri lazımdır. Biz avtobus idxal etmişik, sürücü idxal etməmişik. Sürücülərin yeni bir sistemə vərdiş etməsi zaman alır. Özüm şəxsən qaynar xəttə nəzarət edirəm. Avtobuslarda sürücünün pul almasını, qeyri-peşəkar sürmələrini, dayanacaqdan kənar yerlərdə saxlamalarını görən sərnişinlər təcili bizə zəng etsinlər ki, problemi dərhal aradan qaldıraq".