Hillari Klinton barmen oldu — VİDEO

5 Oktyabr 2015 15:15 (UTC+04:00)

Məlumata görə, Demokrat Partiyasının ABŞ prezidentliyinə namizədi Hillari Klinton məşhur "Saturday Night Live" komediya şousunda barmen rolunda çıxış edib.

NBC telekanalında yayımlanan verilişdə Klinton satirik skeytçlərdən birində iştirak edib. O, özünə xidmət edən barmen rolunu, aktrisalardan biri isə ABŞ-ın sabiq dövlət katibini ifa edib. Namizəd eynicinsli nikahların dəstəklənməsi ilə bağlı zarafat edib və Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Trampı təqlid edərək, "Ey, siz hamınız uğursuzsunuz!" deyib.

Bir müddət öncə Hillari Klintonun Cimmi Fellonun yumoristik şousunda görünəcəyi gözlənilirdi.

Digər namizəd Cem Buş isə Fellonun şousunda caz orkestrinin fonu altında seçkiöncəsi proqramını oxumuşdu.