Əri Dubaya getdi

5 Oktyabr 2015 16:01 (UTC+04:00)

Müğənni Ebru Gündeş ilə həyat yoldaşı Rza Zərrabın boşanması haqda xəbərlər yaydıqdan sonra iş adamı Türkiyəni tərk edib.


Türkiyə mətbuatı xəbər verir ki, Zərrabın ailəsini qoyub Dubaya getməsi cütlüyün münasibətlərinin pis olduğu xəbərlərinin artmasına səbəb olub.

Qeyd edək ki, cütlüyün boşanmasına səbəb olaraq Gündeşin bədxərc olması göstərilir.

İddiaya görə, müğənninin çox pul xərcləməsindən narahat olan Zərrab ona xəbərdarlıq edib. Müğənni isə həyat yoldaşından inciyib və ona aldıqlarından istifadə etməməyə qərar verib. Hətta sənətçi konsertlərə də ərinin təyyarəsiylə getmir.

Müğənninin yaşadığı problemlərə görə boşanmağa qərar verdiyi, lakin qızını atasız böyütmək istəmədiyi üçün Zərrabla evliliyini davam etdirdiyi bildirilib.