Dünya kubokunda mübarizə davam edir

5 Oktyabr 2015 16:45 (UTC+04:00)

Bakıda Şahmat üzrə Dünya Kubokunun dördüncü günündə yarış yekunlaşıb. Goal.az xəbər verir ki, həlledici mərhələdə rusiyalı qrossmeysterlər Sergey Karyakin və Pyotr Svidler üz-üzə gəliblər. Bu gün keçirilən görüş ağ fiqurlarla oynayan Karyakinin xeyrinə başa çatıb. 57-ci gedişdə Karyakin seriyada hesabı bərabərləşdirib. Şahmatçılar arasında mübarizə 5 saat davam edib. Rusiyalı idmançılar arasında ümumi hesab 2-2-dir. Dünya kubokunun sahibi oktyabrın 5-də tay-breykdə bilinəcək.