Nadirlə Flora arasında qalmaqal: "Yetər, məni hər yerdə pərt etmə"

5 Oktyabr 2015 16:52 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, F.Kərimovanın "Sənə çörəyi mən vermişəm" sözləri sənətçini özündən çıxarıb:


"Flora xanıma hər zaman hörmətlə yanaşmışam. Amma bu o demək deyil ki, mənlə duet oxuduğunu başıma vurmalıdır. Hər dəfə müsahibəsində "Sənə çörəyi mən vermişəm" deyərək, məni pərt etməməlidir. Yetər artıq. İnsana çörəyi Allah yetirir. Bizlər sadəcə vasitəçiyik. Mən də bu həyatda saysız-hesabsız xeyriyyə işləri görmüşəm. İndi durub hamısını bir-bir deməliyəm? Mənim 44 yaşım var. Səbr kasam dolub. Bundan sonra barəmdə danışan olsa, layiqli cavablarını alacaqlar. Hələlik isə bəzi yaşlı nəslin nümayəndələrindən xahiş edirəm ki, biz cavanları rahat buraxın. Elə edin ki, hər zaman hörmətli olasınız.


Bu o demək deyil ki, mən Flora Kərimova ilə küsülü qalacam. Əsla... Harda görsəm salamımı verəcəm. Alsa da, almasa da sağ olsun. Bu sənətə hələ 80-ci illərin əvvəlində öz zəhmətimlə gəlmişəm. Allah da məni mükafatlandırıb. Xalq tərəfindən sevilmişəm. Azərbaycanda 5 oxuyandan biri mənəm. Heç kimlə işim yoxdur. Başımı aşağı salıb, öz sənətimlə məşğulam. Xəbərdarlıq edirəm: "Bundan sonra yaşından aslı olmayaraq, mənə sataşan bütün ifaçılar öz cavablarını pis formada alacaqlar".


N.Qafarzadə F.Kərimovaya belə ifadələri yaraşdırmadığını da bildirib:


"Mənim onunla işim yoxdur. Hər zaman kiçiklik etmişəm. Hər şeyin bir sonu var. Kişi müğənniləri mənim paxıllığımı çəkəndə anlayıram, amma qadınları başa düşə bilmirəm. Bəlkə Azərbaycandan köçüm? Azərbaycanda kimin yerini dar etmişəm?". 


Qeyd edək ki, N.Qafarzadə F.Kərimova ilə "Darıxmışam sənin üçün", "Dözmür ürək" adlı mahnıları duet oxuyub.