AZAL Həcc ziyarətinə gedənlərə vəd verdi

5 Oktyabr 2015 17:52 (UTC+04:00)

"AZAL gələcəkdə Azərbaycan vətəndaşlarının Həcc ziyarətinə aparılması və onların qayıdışı üzrə vəzifələri yerinə yetirməyə hazırdır".


Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətindən Həccdən qayıdan zəvvarların Səudiyyə Ərəbistanında təyyarənin gecikməsi səbəbindən aeroportda qalmalarını şərh edərkən bildiriblər.


Məlum olduğu kimi, zəvvarlar Səudiyyə Ərəbistanının Məkkə şəhərinə AZAL-ın təyyarələri ilə səfər ediblər. Lakin Səudiyyə Ərəbistanı tərəfindən irəli sürülən qəti şərtlərə görə, zəvvarların vətənə qayıdışını qarşı tərəf həyata keçirməli idi.


AZAL-dan bildiriblər ki, təəssüf ki, Səudiyyə tərəfi bu vəzifənin öhdəsindən gələ bilmədi. Bunun nəticəsində də azərbaycanlı zəvvarlar qayıdarkən ciddi problemlərlə üzləşdilər – uçuşlar təxirə salındı: "AZAL-ın simasında Azərbaycan tərəfi gələcəkdə Azərbaycan vətəndaşlarının Həcc ziyarətinə aparılması və onların qayıdışı üzrə vəzifələri yerinə yetirməyə hazırdır".