Rusiyanın Suriyada həyata keçirdiyi hava əməliyyatları neftin qiymətinin bahalaşmasına səbəb ola bilər

5 Oktyabr 2015 18:20 (UTC+04:00)

Rusiyanın Suriyada həyata keçirdiyi hava əməliyyatları neftin qiymətlərinin bahalaşmasına səbəb ola bilər.


Movqe.az Anadolu agentliyinə istinadən məlumat verir ki, Dünya Enerji Şurasının katibi Kristof Frei bu qənaətdədir. O, geosiyasi gərginliklərin ən böyük təsirinin neftin qiymətlərindən qaynaqlandığını bildirib.


Xatırladaq ki, sentyabrın 30-da Rusiya Federal Məclisinin Federasiya Şurası Silahlı Qüvvələrin ölkə xaricində istifadə olunmasına razılıq verib. Bundan dərhal sonra Rusiya təyyarələri Suriyada ilk əməliyyatlara başlayıb. Ötən günlərdə Rusiya təyyarələri Suriyada İŞİD-in mövqelərinə ilk aviasiya zərbələrini də endirib.