"Xələfimin İbrahimoviç olduğu üçün sevinirəm"

5 Oktyabr 2015 18:40 (UTC+04:00)

Zlatan İbrahimoviç PSG tarixinin ən məhsuldar futbolçusudur. İsveçli ulduz bu uğura Fransa Liqasının 9-cu turunda baş tutan "Marseille"ə qarşı matçda nail olub. Dubla imza atan İbrahimoviç Pars klubundakı qollarının sayını 110-a çatdıraraq Pedro Pauletanı geridə qoyub.Movqe.az Goal.az-a sitinadən məlumat verir ki, eks portuqal futbolçu Pauleta bu əlamətdar hadisəni belə şərh edib.


"İstənilən rekord gec-tez təzələnir. Bu rekordda xələfimin İbra olduğu üçün, həqiqətən, sevinirəm. Rekordun "Marseille"lə oyunda yenilənməsi simvolikdir. Zlatan Messi və Ronaldo ilə yanaşı, dünyanın ən güclü 3 futbolçusundan biridir. Yeri gəlmişkən, ötən mövsüm Ronaldo da Portuqaliya millisindəki qol krallığıma son qoymuşdu. Zirvədən belə futbolçular tərəfindən salınmaq qürurvericidir".