ABŞ-a məxsus iri gəmi Bermud Üçbucağında yoxa çıxıb

5 Oktyabr 2015 20:00 (UTC+04:00)

ABŞ-ın Florida əyalətində yerləşən Jacksonville limanından, Puerto Riconun San Juan şəhərinə gedən və içində 28 amerikalı və 5 polşalıdan ibarən ekipajı olan yük gəmisi Bermud Üçbucağı adlanan bölgədə itib.


Movqe.Az AZƏRTAC-a istinadla bildirir ki, cümə axşamından bu yana xəbər alına bilməyən El Faro adlı iri Amerika gəmisi ilə ən son Crooked adalarından 35 mil uzaqlıqda əlaqə qurulub və ondan sonra heç bir xəbər alınmayıb.


Bermud Üçbucağında itən gəminin axtarışı 3 ədəd C-130 tipli təyyarə, ABŞ Dəniz Qüvvələrinə aid təyyarə və vertolyotlarla aparılır. Gəmi ilə son əlaqə zamanı ekipaj bildirib ki, gəminin mühərrikləri işləmir, gəmiyə su yığılır və suyu boşaltmağa çalışırlar.


ABŞ-ın şərq bölgələrini və Bermudun ətrafını təsiri altına alan Joaquin qasırğasının gəmini batırmış ola biləcəyi də ehtimallardan biridir.


Axtarış təyyarələri isə okeanın üzərində boş üzən xilasedici halqalar gördüklərini qeyd edib. Hal-hazırda gəminin axtarışı davam etdirilir.