UEFA "Atletico" və "Benfica"ya qarşı iş açıb

5 Oktyabr 2015 22:00 (UTC+04:00)

UEFA Nizam-İntizam komitəsi Avrokuboklarda iştirak edən bir neçə kluba qarşı intizam xarakterli iş açıb.Movqe.az Goal.az-a istinadən məlumat verir ki, qurum Çempionlar Liqasında sentyabrın 30-da keçirilmiş "Atletico" - "Benfica" matçında azarkeşlərin davranışına görə araşdırmaya başlayıb. Portuqal fanatlar tribunalarda qarışıqlıq salmaq, pirotexniki vasitələrdən istifadə və meydana yad əşyaların atılmasına görə ittiham olunur. "Atletico" tərəfinin isə azarkeşlərə stadiona daxil olmaqda süni maneə yaratması araşdırılacaq. Yekun qərar oktyabrın 15-də veriləcək.