Azərbaycanın Livanda səfiri təyin edildi

5 Oktyabr 2015 20:05 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Ağasəlim Səmədağa oğlu Şükürovun Azərbaycanın Livanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.


Movqe.az-ınn məlumatına görə, Prezident Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Ağasəlim Səmədağa oğlu Şükürov Azərbaycanın Livanda fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.