Neft bahalaşıb

6 Oktyabr 2015 10:20 (UTC+04:00)

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,72 dollar, yaxud 1,58% bahalaşaraq 46,26 dollar/barel təşkil edib.

Dövlət Neft Şirkətindən məlumatına görə, "Brent" markalı neft də 1,12 dollar və ya 2,32% bahalaşaraq 49,25 dollar/barelə çatıb.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 52 dollar/barel olacağı gözlənilir.