Bakıda Ukrayna vətəndaşı olan qadın qarət edilib

6 Oktyabr 2015 10:50 (UTC+04:00)

Bakıda Ukrayna vətəndaşı olan qadın qarət edilib. Bu barədə "Report"a Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib.

Belə ki, 38 yaşlı Qalina Kotenka hüquq-mühafizə orqanlarına müraciət edərək Bəşir Səfəroğlu küçəsindəki mənzilindən 2500 dollar və 1500 manat pulunun naməlum şəkildə oğurlandığını bildirib.

Faktla bağlı araşdırma aparılır.