FIFA prezidentliyə namizədi futboldan uzaqlaşdırdı

6 Oktyabr 2015 11:30 (UTC+04:00)

FİFA-nın Etika komitəsi qurumun fevralın 26-da keçirilməsi planlaşdırılan prezident seçkilərinə namizədlərdən biri - Çon Mon Cunu 15 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırıb.Movqe.az  Goal.az-a isitnadən məlumat verir ki, cənubi koreyalı futbol funksioneri 2022 mundialının ev sahibi müəyyənləşərkən İcraiyyə komitəsi üzvlərinin səsini almağa cəhd edib. Mon Cun üzvlərə 777 milyon dollar mükafat vəd edibmiş. Asiyalı namizəd isə bu ittihamları rədd edir və məsələnin siyasi tərəfini qabardır.