"Emmi" mükafatına namizəd oldu

6 Oktyabr 2015 12:00 (UTC+04:00)

Ötən ay Seul Dram Mükafatları Mərasimində "Ən yaxşı aktyor" mükafatını alan Engin Akyürek daha bir uğura imza atıb.


Movqe..az "Hürriyet"ə istinadən məlumat verir ki, aktyor bu dəfə "Emmi" mükafatına namizəd göstərilib. Enginin "Emmi TV Mükafatları Mərasimi"ndə "Ən yaxşı aktyor" nominasiyası üzrə namizədliyi "Kara Para Aşk" serialındakı roluna görə irəli sürülüb.


Xatırladaq ki, ötən il "20 dəqiqə" serialındakı roluna görə bu mükafata aktrisa Tuba Büyüküstün namizəd göstərilmişdi.