Bu il 300-dən çox çoxmərtəbəli binaya qaz verilib

6 Oktyabr 2015 16:55 (UTC+04:00)

Movqe.az SOCAR-ın saytına istinadən məlumat verir ki, "Azəriqaz" İstehsalat Birliyi 2015-ci ilin yanvar-sentyabr aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 314 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.


Həmin binalarda ümumilikdə 5524 ailə yaşayır.