AFFA "İnter"i 14 min manat cərimələdi

6 Oktyabr 2015 17:09 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, iclasda Premyer Liqanın 7-ci turunun oyunları ilə bağlı qərarlar qəbul edilib.


Belə ki, oktyabrın 2-də Premyer Liqanın VII turunun AZAL – "Rəvan" matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.


"Rəvan" klubunun baş məşqçisi Emin Quliyev oyunsonrası mətbuat konfransında iştirak etmədiyinə görə klub 1000 manat cərimə olunub.


Oktyabrın 3-də "Zirə" – "Neftçi" matçının 47-ci dəqiqəsində "Neftçi" klubunun 19 №-li futbolçusu Fəhmin Muradbəyli kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.


Oktyabrın 4-də "Qəbələ" – "Xəzər Lənkəran" matçından sonra "Xəzər Lənkəran" klubunun baş məşqçisi Yunis Hüseynov oyunsonrası mətbuat konfransında iştirak etmədiyinə görə klub 1000 manat cərimə olunub.


"Kəpəz" – "Sumqayıt" matçının 76-cı dəqiqəsində "Sumqayıt" klubunun 2 №-li futbolçusu Slavik Alxasov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.


"İnter" – "Qarabağ" matçında "İnter" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.


Oyunun 90-cı dəqiqəsində "İnter" klubunun 79 №-li futbolçusu Giorgi Lomaya hakimlər briqadasın təhqir etdiyinə görə 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub.


Oyunun 90+3 - cü dəqiqəsində "İnter" klubunun 14 №-li futbolçusu Zurab Xızanişvili hakimlər briqadasına qarşı təhqiredici jest və ifadələr işlətdiyinə görə 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub.


Oyun başa çatdıqdan sonra "İnter" klubunun nümayəndəsi Natiq Əsgərov hakimlər briqadasın təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə olunub.