Aytəndən ANS-dən getməsi haqda: "Mətanəti söymədim deyə..."

6 Oktyabr 2015 17:48 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, o, sosial şəbəkədə ona ünvanlanan suallara belə cavab yazıb:


"Bəs siz bilirsinizmi, mən efirdə Mətanəti (aparıcı Mətanət Əliverdiyeva – red.) söymədim, təhqir etmədim deyə, mənə nə boyda təzyiq oldu? Hamilə olduğum halda orada mənə nə boyda əsəb, gərginlik və stress yaşatdılar?


Bilmədiyiniz şeyləri heç vaxt deməyin. Mən pula görə getsəydim, hələ 2009-cu ildən oranı tərk edərdim".


Qeyd edək ki, mayda Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş yanğın zamanı "Gündəlik" verilişinin aparıcısı Mətanət Əliverdiyevanın efirdə dediyi "Bir külək idi, oldu keçdi" sözləri cəmiyyətdə birmənalı qarşılanmamışdı. Bir çox aparıcılar efirdə onu qınamış, təhqir etmişdi.


Həmin hadisədən bir müddət sonra A.Səfərova ANS-dəki işindən uzaqlaşmışdı. O, açıqlamasında işdə əsəb keçirdiyini və bülletenə çıxdığını bildirmişdi. Bir neçə gün əvvəl isə A.Səfərovanın ATV telekanalında işə başlaması ilə bağlı xəbər yayılıb.