Fizika üzrə Nobel mükafatı yaponiyalı və kanadalı alimlərə verilib

6 Oktyabr 2015 18:08 (UTC+04:00)

İsveçdə fizika üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb. 2015-ci il üçün bu mükafata yaponiyalı Takaaki Kadzita və kanadalı Artur Makdonald layiq görülüb.


Movqe.az Rusiyanın NTV telekanalına istinadla məlumat verir ki, yüksək mükafat alimlərə "neytrinin ostsillyasiyasının" kəşfinə görə verilib. Bu kəşf nəticəsində sübut olunub ki, onların çəkisi var.


Ekspertlər ənənəvi olaraq qalibləri qabaqcadan tapmağa çalışıblar. Amma onlar bu dəfə də yanılıblar - Kadzita və Makdonald favoritlər siyahısında olmayıb.


Xatırladaq ki, 2015-ci ildə tibb sahəsi üzrə Nobel mükafatını parazit qurdların səbəb olduğu infeksiyaların, həmçinin malyariyanın müalicəsinin yeni metodlarını kəşf edən amerikalı Uilyam Kempbell, yaponiyalı Satosi Omura və çinli Yuyu Tu alıb.