Mars planetində şok tapıntı

7 Oktyabr 2015 11:00 (UTC+04:00)

Amerika Milli Kosmik Agentliyi NASA uzun müddətdir ciddi araşdırmalar apardığı Mars planetində skelet aşkar edib. Daha öncə planetdə su olduğunu sübut edən NASA bu dəfə Marsda canlı varlıqlar olduğunu da aşkarlayıb.


Movqe.az  "Sputnik"a istinadən məlumat verir ki, ötən il planetə göndərilən Curiosity kosmik cihazı Yer kürəsinə olduqca maraqlı şəkillər göndərib. Onlardan biri isə olduqca əhəmiyyətlidir. Çünki göndərilən şəkil Marsda canlı varlıqlar olduğunu sübut edir.


Arxeoloqlara görə, sözügedən skelet şəkili kərtənkələyə aiddir. Bundan öncə isə Curiosity kosmik cihazı iki kəllə sümüyünün şəklini çəkərək Yer kürəsinə ötürmüşdü.