"West Ham" argentinalı futbolçu ilə müqaviləni pozub

7 Oktyabr 2015 11:42 (UTC+04:00)

"West Ham United" argentinalı Morqan Amalfitano ilə yollarını ayırıb. Movqe.az-ın Goal.az-a istinadən məlumatına görə, tərəflər təzminat ödənilməməsi şərtilə qarşılıqlı şəkildə müqaviləyə xitam veriblər. 30 yaşlı yarımmüdafiəçi "çəkicdöyənlər"in heyətinə ötən ilin yayında qoşulmuşdu. Bu müddətdə 32 oyuna çıxan Amalfitano 3 qolun müəllifi olmuşdu.