Elmar Məmmədyarovdan ASALA-ya qarşı tədbir
13 Oktyabr 2012 16:39 (UTC+04:00)
ASALA terror təşkilatının Azərbaycanın diplomatik missiyalarının
nümayəndələrinə ünvanlanmış hədələri ilə əlaqədar xarici işlər
naziri Elmar Məmmədyarovun hərəkət marşrutları barədə əvvəlcədən
xəbər yaymamaq barədə qərar qəbul olunub.
APA-nın xəbərinə görə, bunu Azərbaycan XİN-in mətbuat katibi Elman
Abdullayev Fransa xarici işlər nazirinin Azərbaycan və Ermənistan
XİN başçılarının görüşünü təşkil edəcəyi barədə yayılan xəbərlərə
münasibət bildirərkən deyib.
"Bu barədə məlumat olarsa, açıqlama verəcəyik" – deyə E.Abdullayev
qeyd edib.
Xatırladaq ki, dünən bəzi mətbuat orqanları Fransa xarici işlər
nazirinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə
əlaqədar noyabr ayında Azərbaycan və Ermənistan XİN başçılarının
görüşünü təşkil edəcəyi barədə məlumat yayıb.