"Azərbaycan qazının Avropaya tədarükü 2022-2025-ci illərdə başlayacaq"

7 Oktyabr 2015 13:12 (UTC+04:00)

Azərbaycan qazının Avropaya tədarükü 2022-2025-ci illərdə başlayacaq. Movqe.az-ın məlumatına görə, bunu "İzvestiya"ya müsahibəsində Qaz İxrac edən Ölkələrin Forumunun baş katibi Seyid Məhəmməd Hüseyn Adeli deyib.


Onun sözlərinə görə, Azərbaycan qazının Avropa İttifaqına tədarükü 2022-2025-ci illərdən tez olmayacaq, İran qazının tədarükünə isə daha gec başlanılacaq: "Avropa üçün Rusiya qazına alternativ Azərbaycan qazıdır".


Baş katib qeyd edib ki, Azərbaycan və İran qazları tədarük edilməyə başlanılandan sonra Avropanın Rusiyadan asılılığı azalacaq.