"Səs Azərbaycan"da dəyişiklik - video

7 Oktyabr 2015 18:12 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, videonun ilk versiyasında rejissor Fuad Əlişovun həyat yoldaşı, aktrisa Sevinc Əlişova rol almışdı. Həmin video qısa zamanda sosial mediadan yığışdırılıb. Yeni çarxda isə S.Əlişovanı başqa bir xanım əvəzləyib.


Yarışmanın piar meneceri Sinan Ağayev əməkdaşımızla söhbətində məsələyə aydınlıq gətirib:


"Yarışma ilə bağlı bir neçə reklam çarxı çəkilmişdi. Hər çarxda da fərqli aktrisalar rol almışdı. Prodakşn ən yaxşı çarxı yayımlamaq istədi. İlk versiya bizdən xəbərsiz yayılmışdı. Ona görə də qısa zamanda yığışdırıldı".


Qeyd edək ki, AzTV-də yayımlanacaq "Səs Azərbaycan" oktyabrın ikinci yarısından efirə gedəcək. Yarışmanın münsifləri xalq artistləri Mübariz Tağıyev, Faiq Ağayev, əməkdar artistlər Tünzalə Ağayeva, Mananadır.