Azərbaycanda deputatlığa namizədliyi qeydə alınanların sayı 1190-a çatdı

7 Oktyabr 2015 18:23 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.


Qeydə alınan namizədlərin 263-ü siyasi partiyalar, 15-i "Azadlıq-2015" bloku, 2-si təşəbbüs qrupu, 910-ı isə fərdi qaydada irəli sürülüb.


İclasda, həmçinin namizədliyin qeydə alınmasından imtina ilə bağlı dairə seçki komissiyalarının qərarları ilə bağlı MSK-ya daxil olmuş bir neçə müraciətə baxılıb. Baxılan müraciətlərin 1-i üzrə DSK-nın qərarı ləğv edilərək müraciət təmin edilib. Müraciətlərin 4-ü isə təmin edilməyib və DSK-nın qərarı qüvvədə saxlanılıb.