Rusiya Müdafiə Nazirliyi Suriyada ABŞ-la birgə fəaliyyətin şərtlərini razılaşdırmağa hazırdır

7 Oktyabr 2015 18:50 (UTC+04:00)

Movqe.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putinlə görüşdə Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

"Amerikalı həmkarlarımızla keçirdiyimiz videokonfrans zamanı Suriyada birgə fəaliyyətin və təhlükəsizliyin təminatı məsələlərini müzakirə etdik. Biz Pentaqonun təqdim etdiyi sənədi nəzərdən keçirdik və bu gün həmin sənədi razılaşdırmağa hazır olduğumuzu deyəcəyik", - deyə o vurğulayıb.