Rusiyanın Suriyada İŞİD-ə qarşı əməliyyatının nəticələri açıqlanıb

7 Oktyabr 2015 19:30 (UTC+04:00)

Rusiya Hava Kosmik Qüvvələri sentyabrın 30-dan bu günədək Suriyada keçirdiyi əməliyyat zamanı terrorçuların 19 komanda məntəqəsini, 12 silah anbarını və 71 ədəd zirehli texnikasını məhv edib.


Movqe.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinlə görüşündə bildirib.

Müdafiə naziri Rusiya Hava Kosmik Qüvvələrinin plana əsasən işini davam etdirdiyini söyləyib.