Hava və ekstremal idman növlərindən olan paraşütlə tullanma üzrə
avstraliyalı idmançı Feliks Baumqartner (Felix Baumgartner)
dünyanın diqqətində olan rekordunu reallaşdırıb.
APA-nın xəbərinə görə, Feliks Baumqartner paraşütlə tullanmaq üçün,
helium şarı ilə 2 saat 30 dəqiqəyə stratosfer təbəqəsinə, yəni
39.0439656 metrə yüksələrək, ordan özünü boşluğa buraxıb və yerə
enməyə başlayıb.
O, 30 saniyədə 980 km sürətlə boşluqda hərəkət edib və 40 saniyədə
səs sürətini keçib.
Daha sonra paraşütünü açan F. Baumqartner bu hərəkəti ilə qarşısına
qoyduğu bütün rekordları qırıb.
Onun bu göstərisini bütün dünya maraqla izləyib.
Təkcə internet üzərindən 7 milyona yaxın insan Baumqartnerin
havadan tullanmasını izləyib.
Qeyd edək ki, ABŞ-ın Nyu-Meksiko əyalətindəki Rosvell şəhəri
yaxınlığından havaya qalxan Feliks doğma əyalətində dostları
qarşılayıb. Feliks 43 yaşındadır, o, ordudan təqaüdə çıxıb.
Feliksin hədəfı 1960-cı ildə saatda 988 kilometr sürətlə 31 000
metrdən tullanmış Joye Kittingerin (Joe Kittinger) rekordunu qırmaq
olub və o, bunu bacarıb.