Bakıya qaçan erməninin anasını maşınla vurdular

8 Oktyabr 2015 16:40 (UTC+04:00)

Bu yaxınlarda Ermənistanda üzləşdiyi təqiblərdən bezərək Azərbaycana qaçan müxalif fəal Vahan Martirosyanın anasını maşınla vurublar. Movqe,az virtuaıaz.org-a stinadən xəbər verir ki, Martirosyanın anası Culyetta Virabyan bu gün küçəni keçərkən yol qəzasına düşüb və maşın onu vurub.Qadın İrəvandakı "Erebuni" tibb mərkəzinə aparılıb, hazırda xəstəxanadadır.Xəstəxanadan bildiriblər ki, Virabyanın qabırğası sınıb. Onun üzərində müayinələr aparılır.Xatırladaq ki, bundan əvvəl Martirosyanın Ermənistan Müdafiə Nazirliyinin mərkəzi klinik hospitalında işləyən qaynanasını işdən çıxarmışdılar.Vahan Martirosyan Bakıda keçirdiyi mətbuat konfransında beynəlxalq ictimaiyyətə, BMT-yə müraciət edərək Ermənistanda qalan yaxınlarının taleyinə görə narahat olduğunu, xüsusi xidmət orqanlarının onlara divan tutacağını bildirmişdi.