Riçard Şirer: "Bakcell" IV İslam Həmrəylik Oyunlarına hazırdır"

8 Oktyabr 2015 18:30 (UTC+04:00)

Bakcell" şirkəti 2017-ci ildə Azərbaycanda keçiriləcək IV İslam Həmrəylik Oyunlarına hazırdır. Movqe.az-ın nəlumatına görə, "Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib ki, şirkət qarşıdan gələn mötəbər yarışa hazırlıq məqsədilə "I Avropa Oyunlarında keçdiyi yolu bir daha keçəcək".

"Bakı-2015" I Avropa Oyunlarında baş verən proses IV İslam Həmrəylik Oyunlarına hazırlıq çərçivəsində təkrarlanacaq. Artıq "Bakcell" şirkətinin sistemləri sınaqdan keçib. Bu sistem özünü I Avropa Oyunları zamanı çox yaxşı göstərib. Buna görə, IV İslam Həmrəylik Oyunlarına hazırlıqla bağlı biz heç bir problem gözləmirik", - deyə R. Şirer qeyd edib.