Almaniyanın ixracı azalır

8 Oktyabr 2015 20:20 (UTC+04:00)

Almaniyanın milli statistika idarəsinin cümə axşamı açıqladığı rəqəmlərə görə, Almaniyada ixracın payı sürətlə azalır. Məlumatda qeyd olunur ki, Almaniyanın avqust ayında ixrac payı 88.0 milyard Avro olub. İyul ayında bu göstərici 107.2 milyard Avro idi. Bununla da 17%-lik azalmanın şahidi oluruq. İdxalın payında da 11%-lik azalma müşahidə olundu. Belə ki, iyul ayında idxalın payı 82.2, avqust ayında 72.8 milyard Avro olmuşdu. Ticarət balansı isə avqust ayında iyul ayı ilə müqayisədə 38.8% azalıb. Xatırladaq ki, Almaniyadan Azərbaycana iyul ayında 55.06 milyon Avro dəyərində məhsul ixrac, 212.23 milyon Avro dəyərində məhsul idxal olunub.