Azərbaycan Silahlı Qüvvələri düşmən mövqelərinə 57 dəfə atəş zərbəsi endirib

9 Oktyabr 2015 09:30 (UTC+04:00)

Movqe.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Seysulan, Göyarx, Ağdam rayonunun Sarıcalı, Kəngərli, Şıxlar, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Qorqan, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Göygöl, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 

 

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 57 dəfə atəş zərbəsi endirib.