Mikayıl Cabbarov Gürcüstanda Heydər Əliyev adına ali məktəbin bağlanmasına münasibət bildirib

9 Oktyabr 2015 11:55 (UTC+04:00)

Movqe.az-ın APA-ya istinadən məlumatına görə, bunu Gürcüstanda səfərdə olan Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Azərbaycan icmasının üzvləri ilə görüşdə bildirib.

 

Gürcüstanda fəaliyyət göstərən Heydər Əliyev adına Tədris Universitetinin bağlanılmasına münasibət bildirən nazir deyib ki, bu, Gürcüstanın daxili işidir: "Biz bu məsələyə diqqət yetirəndən sonra Gürcüstanın aidiyyəti dövlət orqanları öz səlahiyyətlərini icra ediblər. Bu universitetin nə Azərbaycan dövləti, nə də Heydər Əliyev Fondu ilə əlaqəsi olub. Heydər Əliyevin adının universitetə verilməsi üçün müvafiq dövlət qurumları ilə də danışıq aparılmayıb".

 

Gürcüstanda azərbaycanlı tələbələrin aldığı diplomların həqiqiliyi barədə də qaldırılan məsələyə gəlincə, M. Cabbarov qonşu dövlətin verdiyi diplomlarla bağlı məsələyə şərh verə bilməyəcəyini vurğulayıb.