Milli Məclisin IV çağırışda son iclasının tarixi və gündəliyi açıqlanıb

9 Oktyabr 2015 12:37 (UTC+04:00)

Parlamentdən verilən məlumata görə, iclasın gündəliyinə 25 məsələ daxildir.

 

Bunlar oktyabrın 13-14-ü müzakirə olunacaq 2016-cı il üzrə büdcə zərfinin təsdiqi, bir neçə ölkə ilə Azərbaycanın imzaladığı sazişlərin təsdiqi və bir neçə qanun layihələrinə dəyişikliklərdir.

 

Qeyd edək ki, noyabrın 1-i Milli Məclisə V çağırış üzrə seçkilər keçiriləcək.