Ceyms Uorlik Ermənistanın müstəqillik tədbirinə qatılıb

9 Oktyabr 2015 12:48 (UTC+04:00)

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtonda Ermənistanın müstəqilliyinin 24 illiyi ilə bağlı keçirilən tədbirə qatılıb.

Movqe.az-ın məlumatına görə, bu barədə diplomat özünün "Twitter" səhifəsində yazıb. O, Ermənistanın ABŞ-dakı səfiri Tiqran Sarkisyanla görüşdüyünü qeyd edib. Tədbirə ABŞ-ın Ermənistandakı keçmiş prezidenti Con Heffern də qatılıb.