Maroş Şefçoviç: “Cənub Qaz Dəhlizi” 2020-ci ilədək Azərbaycan qazını Aİ-yə nəql etməlidir

9 Oktyabr 2015 13:00 (UTC+04:00)

Movqe.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə. Bunu Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviç Parisdə keçirilmiş konfransda bildirib.

"2030-cu ildə bizə nə qədər qaz tələb olunacaq? Bizim analitiklər bizə bildirirlər ki, 380-450 mlrd kubmetr qaz tələb oluna bilər. Bu isə demək olar ki hazırkı tələbat həcminə uyğundur. Bu onunla bağlıdır ki, biz səmərəliliyi, bərpa olunan enerjinin payını artırmaq niyyətindəyik", deyə o çıxışında bildirib.

"Qaz haradan gəlməlidir? Burada əsas layihələr 2020-ci ilədək Azərbaycan qazını Aİ-yə nəql edəcək "Cənub Qaz Dəhlizi" və Aralıq dənizində qaz xabının yaradılmasıdır. Bundan başqa bizim Norveç, Əlcəzairlə yaxşı əməkdaşlığımız var. Biz mayeləşdirilmiş qazla bağlı yeni strategiya hazırlayırıq... Qazın bu növü gələcəkdə böyük rol oynaya bilər", deyə o bildirib.