Azərbaycanda seçkilərdə elektron səsvermə sistemini yaratmaq planlaşdırılır

9 Oktyabr 2015 14:50 (UTC+04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) daxili korporativ şəbəkəsi perspektivdə ölkədə seçki prosesində elektron səsvermə sisteminin işə salınması üçün platforma qismində çıxış edə bilər.


Movqe.az-ın məlumatına görə, bunu MSK-nın İnformasiya Mərkəzinin direktoru Rüfət Gülməmmədov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) bu gün keçirilən brifinqdə deyib.


Onun sözlərinə görə, məsələlərin hüquqi tənzimlənməsi bu prosesin vacib hissəsidir.