İraqda "Hacı Putin" əfsanə oldu

9 Oktyabr 2015 16:00 (UTC+04:00)

Moskvanın İŞİD-a İraqda da müdaxilə edə biləcəyinə dair iddialar gündəmə gələrkən Rusiya Dövlət başçısı Vladimir Putinin məşhurluğu İraqda şiələr arasında daha da artıb.

Movqe.az türk mətbuatına isitnadən məlumat verir ki, bir çox şiə, "Hacı Putin"i xilaskar olaraq görür, hətta onun üçün cürbəcür şəhər əfsanələri uydurur. Sosial mediada isə Putin, ölkənin az qala fəxri vətəndaşı elan edilib.