"Qəbələ"nin hücumçusu sıradan çıxdı

9 Oktyabr 2015 16:25 (UTC+04:00)

"Qəbələ"nin futbolçusu Ermin Zets Bosniya və Herseqovina milli komandasının düşərgəsində zədələnib. Movqe.az Goal.az-a istinadən məlumat verir ki, istinadən yaydığı xəbərə görə, çiynindən zədə alan 27 yaşlı hücumçu "Avro-2016"nın qalan seçmə matçlarında yığmaya kömək edə bilməyəcək. Sead Kolaşinats və Tino-Sven Suşiç də zədə ucbatındanmillidən kənarda qalıb. Hələlik onların yaşıl meydanlardan nə qədər uzaq qalacaqları bilinmir.

Qeyd edək ki, "AVRO-2016"nın seçmə mərhələsində B qrupunda yer alan Bosniya və Herseqovina millisi oktyabrın 10-da evdə Uelslə, oktyabrın 13-də isə səfərdə Kiprlə qarşılaşacaq. Komandaya "Qarabağ"ın qapıçısı İbrahim Şehiç də çağırılıb.