Braziliya polisinin 9 əməkdaşı qətllərdə şübhəli bilinir

9 Oktyabr 2015 16:03 (UTC+04:00)

Movqe.az İnterfax informasiya agentliyinə istinadla məlumat verir ki, istintaqın versiyasına görə, həbs olunan polis əməkdaşları qarətçilər tərəfindən öldürülən iş yoldaşlarının qisasını bu yolla alıblar. Onlar bu il avqustun 13-də bir neçə saat ərzində 19 qətl törətməkdə şübhəli bilinirlər.


Şahidlərin sözlərinə görə, qətlləri hadisə yerinə avtomobillə gələn maskalı silahlı şəxslər törədib. Hadisələrin əksəriyyətində qatillər qurbanlarından adlarını və cinayət məsuliyyətinə cəlb olunub-olunmadıqlarını soruşublar.


Şübhəlilər 400 polisin iştirakı ilə aparılan xüsusi əməliyyat nəticəsində həbs edilib. Əməliyyat zamanı həmçinin silah-sursat da aşkarlanıb.