İranlı general Suriyada qətlə yetirilib

9 Oktyabr 2015 20:00 (UTC+04:00)

İran İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, iranlı general-leytenant Hüseyn Həmədani Suriyada həlak olub.

Məlumatda H.Həmədaninin oktyabrın 8-də Hələb şəhəri ətrafında məsləhət tapşırığını yerinə yetirərkən İŞİD terrorçuları tərəfindən qətlə yetirildiyi bildirilir.