"Rəşad Sadıqov "Qarabağ"ın və millinin lideridir"

9 Oktyabr 2015 22:00 (UTC+04:00)

"Qarabağ" və Azərbaycan millisinin futbolçusu Qara Qarayev İtaliya ilə oyun öncəsi UEFA-nın rəsmi saytına açıqlama verib.Movqe.az-ın Goal.az-a istinadən məlumatına görə futbolçumuz yubiley görüşünə çıxacaq Rəşad Sadıqov haqqında da danışıb.

"Rəqimiz qrup lideridir. Amma Avropa çempionatının final mərhələsinə vəsiqəni, hələ ki təmin etməyiblər. Bu səbəbdən qarşıdakı oyun onlar üçün böyük əhəmiyyət kəsb edir. İtalyanlar birbaşa vəsiqəni təmin etmək üçün qalib gəlmək istəyəcək. Son vaxtlar onlar çox artırıb. İtaliyanın güclü heyəti var. Bizə çox çətin olacaq. Amma son nəticələrimiz və doğma azarkeşlər önündə oynamağımız xeyrimizə işləyir. Rəşad Sadıqov uzun müddətdir, "Qarabağ"ın və millinin lideridir. Onun 100-cü oyununa çıxmaq ehtimalı çox şeydən xəbər verir. Rəşada karyerasının 150, 200-cü oyununu keçirməyi arzu edirəm".