Lombardlarda mənimsənilən qızıllar

10 Oktyabr 2015 10:30 (UTC+04:00)

Vətəndaşların xidmətindən tez-tez istifadə etdiyi lombardların onlara göstərilən etibarı doğrultmaması halları getdikcə artır. Hər halda son dövrlərdə bu xüsusda qeyəd alınan faktlar belə nəticəyə gəlməyə əsas verir. Lombardlar onlara olan etimaddan getdikcə daha çox sui-istifadə etməyə başlayıblar.

Söhbət lombardlara qoyulan qızıl-zinət əşyalarının götrülərək aradan çıxılmasından gedir. Bu arada daha bir belə fakt qeydə alınıb. Binəqədi Rayon Polis İdarəsi (PRİ) 5-ci polis bölməsinin əməkdaşları Cəfər Xəndan küçəsi, 23 ünvanında yerləşən lombardın sahibini axtarışa verib. Binəqədi RPİ-dən "virtualaz" . saytına verilən məlumata görə, lombard sahibi müştərilərin qızıllarını götürərək qaçıb. Bu faktın üstü müştərilərin polisə bu barədə oktyabrın 7-də müraciət etməsindən sonra açılıb. Zərərçəkənlərin sayı 20 nəfərə yaxındır Onlar qızıllarını lombarda bu ilin əvvəlində qoyublar. Sonradan isə onlara məlum olub ki, lombard sahibi yoxa çıxıb. Binəqədi RPİ-dən bildirilib ki, lombard sahibi hələ saxlanılmadığından onun kimliyi bəlli deyil. Yalnız o məlumdur ki, həmin şəxs Azərbaycanı tərk etməyib.

Bir neçə gün öncə Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 192 ünvanında fəaliyyət göstərən lombardla bağlı da analoji qeydə alınıb. Vətəndaşlar deyilən ünvanda lombard kimi fəaliyyət göstərən şəxsin xidmətlərindən xeyli müddət yararlanıblar. Fərqli vaxtlarda qızıllarını girov qoyaraq, müxtəlif məbləğlərdə nağd pul da götürüblər. Günün birində borcunu verib qızıllarını almaq üçün bura üz tutanda, lombard sahibinin obyekti bağlayaraq, yoxa çıxdığını görüblər. Şikayətçilərin sözlərinə görə, Alaz Tahirə Məmmədova adlı lombard sahibinin telefonuna zəng çatmadığından, onların işləri daha da çətinləşib. Xatırladaq ki, ötən illərdə də buna bənzər hadisələr qeydə alınıb. Bütün bunlar lombard kreditlərinin artıq olduqcxa təhlükəlim tərəflərini üzə çıxarır. Özü də lombardlar girov kimi götürdükləri qızla olduqca az pul verirlər. Ümumiyyətlə, lombardlarda girovun qiymətləndirilməsi banklarla müqayisədə daha pis vəziyyətdədir. Onların böyük əksəriyyətində qoyulan qızıllar bazar qiymətindən iki dəfə aşağı hesablanır. Məsələn, 750 əyarlı qızılın 1 qramının real bazar dəyəri 38-40 manat olduğu halda, lombardlarda 16-20 manatdan hesablanır, yəni dəyərindən iki dəfə aşağı.

Özü də faizlərin ödənilməsində gecikmələr olduuğ halda lombardlar girov qızıl müştərinin razılığı olmadan satışa çıxarılır. Ekspertlər bu durumda lombardlara nəzarətin artırılmasını zəruri sayır. Məsələn, Rusiyada lombardların fəaliyyətini tənzimləyən qanun mövcuddur. Həmin qanunla girov qoyanların hüquqları tənzimlənir. Azərbaycanda isə Mülki Məcəllə istisna olmaqla, digər qanunlarda lombard fəaliyyəti ilə bağlı xüsusi maddə yoxdur. Bu səbəbdən müştərinin - girov qoyanın hüquqları tam təmin olunmur. Kredit verən kommersiya bankların və hətta bank olmayan kredit təşkilatlarının fəaliyyəti ilə bağlı konkret tələblər varsa, qanunvericikdə lombardlar üçün belə tələblər yoxdur.

Hələlik isə , lombardlar kredit verərkən iş yerindən arayış tələb etmədiyindən, bu, vətəndaşların kredit götürməklə bağlı işlərini daha yüngülləşdirir və onlar kredit faizlərinin yüksək olmasına o qədər də əhəmiyyət vermirlər. Bu amillər vətəndaşların lombarddan daha çox istifadə etməsinə şərait yaratsa da, artıq ikinclər onlara etibardan sui-istifaəd deilməsi hallarına daha çox yol verməyə başlayıblar. Hazırda girova istədyi qiyməti təyin edən lombardalırn bəzən yoxa çıxması isə daha ciddi problemdir. Elə bu səbəbdən lombardalra nəzarətin gücləndirilməsi vacib hesab olunur.