Almaniyanın 3384 ton qızıl ehtiyatı var

10 Oktyabr 2015 13:30 (UTC+04:00)

Movqe.az AZƏRTAC-a istinadla məlumat verir ki, Almaniya qızıl ehtiyatının həcminə görə ABŞ-dan sonra dünyada ikinci yeri tutur. Federal bankın fondunda 3384 ton qızıl ehtiyatı var. 2014-ci ilin sonunda qızıl külçələrin dəyəri 107 milyard avro təşkil edib ki, bu da ümumi valyuta ehtiyatının üçdə ikisi deməkdir.


Ən maraqlısı odur ki, qızıl ehtiyatının yalnız 35 faizi Almaniya ərazisində -Frankfurt şəhərində saxlanılır. Qalan 43 faizi Nyu-Yorkda, 13 faizi Londonda, 9 faizi isə Paris anbarlarında qorunur. Plana görə, 2020-ci ilədək qızıl ehtiyatının ölkə xaricindən Frankfurta gətirilməsi nəzərdə tutulur.