"İnter" italiyalı müdafiəçini satmağı planlaşdırır

10 Oktyabr 2015 14:00 (UTC+04:00)

"İnter"in eks-kapitanı Andrea Ranokkia qış fasiləsində klubu tərk etməyə hazırlaşır. Movqe.az Goal.az-a istinadən məlumat verir ki, italyan müdafiəçi 12 milyon avroya transferə çıxarılacaq. "Nerazzura" qazanacağı bu pulu digər mərkəz müdafiəçi almağa xərcləməyi düşünür. Müdafiəçi ilə Premyer Liqanın 4 klubu - "Everton", "Crystal Palace", "Tottenham" və "Newcastle United" maraqlanır. Bundan başqa "Milan" da Ranokkianı ələ keçirməyə çalışır.