Raykarddan Arda Turana tərif

10 Oktyabr 2015 20:00 (UTC+04:00)

Hollandiyalı keçmiş futbolçu və baş məşqçi Frank Raykard, İspaniyanın "Marca" qəzetinə verdiyi müsahibədə türk futbolçu Arda Turan haqqında danışıb.

Movqe.az Goal.az-a istinadən məlumat verir ki, 2010-cu ildə "Galatasaray"ın baş məşqçisi olarkən sarı-qırmızılı forma geyən Arda Turanla da işləyən Raykard, türk futbolçunu "Böyük istedad, böyük ürək və böyük futbolçu" adlandırıb.

Ardanın "Atletico Madrid"in heyətində forma geyindiyi 4 ildə özünü yaxşı tərəfdən göstərdiyini deyən Raykard,"Çalışqan və texniki baxımdan çox güclü futbolçudur. Arda Turan, "Barcelona"ya əlavə güc qatdı" sözləri ilə fikrini tamamlayıb.

2014-cü ilin martında məşqçilik karyerasını bitirdiyini açıqlayan 53 yaşlı Raykard Amsterdamda ailəsi ilə sakit bir həyat sürdüyünü və bizneslə məşğul olduğunu söyləyib.